COVID-19-dan sağalanlarda yaranan problemlər: Əsəb, zehni xəstəlik...

Britaniya və Amerika alimləri koronavirusun zehni sağlamlığa ciddi təsirinin olduğunu açıqlayıb.
Feedline.Net xəbər verir ki, tədqiqatın nəticələri "Lancet Psychiatry" elmi jurnalında dərc edilib. Bildirilib ki, hər üçüncü COVID-19 xəstəsi infeksiyadan altı ay sonra əsəb və ya zehni xəstəlikdən əziyyət çəkir. Tədqiqatda 236 min xəstə iştirak edib. Mütəxəssislər COVID-19 xəstələrinin ilk infeksiya diaqnozu qoyulduqdan altı ay sonra 14 fərqli sinir və ya zehni xəstəliyi olub-olmadığını yoxlayıb.
Məlum olub ki, koronavirusun fəsadları qrip və ya digər tənəffüs yolları xəstəliklərindən daha çoxdur. Qeyd edilib ki, COVID-19 xəstələri arasında beyin problemləri geniş yayılıb. Ən çox görülən əsəb və ya zehni xəstəliklər, narahatlıq, affektiv pozğunluqlar olub. Alimlərin sözlərinə görə, xəstələrin 13 faizinə zehni və ya əsəb xəstəlikləri ilə əlaqəli diaqnozlar ilk dəfə qoyulub.
Statistikalara görə, 2020-ci ildə psixoloji dəstəyə və psixoloqların xidmətinə tələb artıb. /medicina.az
Feedline.Net

TEQ: COVID19dan sağalanlarda yaranan problemlər Əsəb zehni xəstəlik


07 Apr 2021 20:03   |    83

Mənbə: news.milli.az



Ey iman gətirənlər! Əgər Kitab verilənlərdən bir dəstəyə itaət etsəniz, onlar sizi, siz iman gətirdikdən sonra (belə,) döndərib kafir edərlər.Sizə Allahın ayələri oxunduğu və Onun Elçisi sizinlə olduğu bir vaxtda, siz necə küfr edirsiniz? Kim Allaha möhkəm bağlanarsa, həqiqətən də, doğru yola yönəlmiş olar.  (Ali İmran Surə-3,ayə- 100,101)



Şərhlər

Digər Maraqlı xəbərləri