Ermənistan Oxçuçayı çirkləndirməkdə davam edir


Ermənistan Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən Oxçu çayını çirkləndirməkdə davam edir.
Feedline.Net Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev bildirib.
Onun sözlərinə görə, bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə Oxçuçayda nikkelin, dəmiri və mis-molibden normadan dəfələrlə artıq olması aşkarlanıb: "Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu əraisindən keçərək Araz çayına qovuşur. Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda, məişət çirkab suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. ETSN tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, Fevral, Mart aylarında aparılan monitorinqlərə görə bu çaylarda nikkelin miqdarı 7 dəfə, dəmir 4 dəfə, mis-molibden isə iki dəfə normadan artıq aşkarlanıb".
O bildirib ki, martın əvvəllərində Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb:
"Həmin günlərdə çay hövzəsində bioresusların, xüsusi ilə qiymətli növ olan farel balıqların kütləvi məhv olunması aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir. Qacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın dəfələrlə çirklənməsini artırıb. Belə transsərhəd çirklənmə hövzənin çirklənməsinə gətirib çıxarır ki, bu da çayın bioresusları və ekosisteminə ciddi təhdid yaradır".
Feedline.Net

TEQ: Ermənistan Oxçuçayı çirkləndirməkdə davam edir


07 Apr 2021 19:42   |    63

Mənbə: news.milli.az



Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz, sizi heyran edən müşrik bir qadından daha xeyirlidir. Müşrik kişilər iman gətirməyincə (mömin qadınları) onlara ərə verməyin.  (Bəqərə Surə-2,ayə-221)



Şərhlər

Digər Cəmiyyət xəbərləri