Azərbaycan xarici ticarətdə rəqabət qabiliyyətliyini artırır

Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən yaradılmış "Ticarət Statistikası Portalı"nın məqsədi maraqlı tərəflər üçün Azərbaycanın xarici ticarət dövriyyəsinin vizual təqdim olunmasıdır.
Feedline.Net Trend-ə istinadən bildirir ki, bunu DGK-nin Aparat rəhbəri Anar Süleymanov "Ticarət Statistikası Portalı"nın təqdimatına həsr olunmuş tədbir zamanı deyib.
O bildirib ki, bu portal zəruri statistik məlumatları təqdim edəcək və biznesin öyrənilməsini dəstəkləyəcək:
"Bu, Azərbaycanın ticarətdə rəqabətqabiliyyətliyinin artırılmasının əsasını qoyacaq".
A.Süleymanov bildirib ki, portalın hazırlanmasına 18 ay əvvəl başlanılıb:
"Bu portal 8 istiqamət üzrə istənilən informasiyanı, xüsusilə də 99 məhsul üzrə idxal və ixrac məlumatlarını tapmağa kömək edəcək"
Feedline.Net

TEQ: Azərbaycan xarici ticarətdə rəqabət qabiliyyətliyini artırır


07 Apr 2021 19:37   |    188

Mənbə: news.milli.az



Ey iman gətirənlər! Səbr edin, dözümlü olun, (sərhəd boyu) növbə ilə keşik çəkin və Allahdan qorxun ki, bəlkə nicat tapasınız!  (Ali İmran Surə-3,ayə- 200)



Şərhlər

Digər İqtisadiyyat xəbərləri

Neft bahalaşıb