Zidandan qələbə şərhi

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/4 finalında "Liverpul"a qalib gəldikləri matç (3:1) haqqında danışıb.
Feedline.Net qol-az-a istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında deyib:
"Qələbə qazanmağımız yaxşıdır, amma ümumilikdə hisslər qarışıqdır. Mükəmməl bir qarşılaşma keçirdik. Ancaq ikinci hissənin əvvəlində çətinliklər yaşadıq. Hər bir oyunçumuz ilə fəxr edirəm. Lakin  qabaqda cavab görüşü var. İkinci hissədə rəqibin ilk zərbəsi qol oldu. Belə şey xoşagəlməzdir. Amma bu, futboldur. Komandamı və matç ərzində etdiklərimizi dəstəkləyirəm. Vinisiusun qol vurmasına sevindim. O, yaxşı oynayır. Komandaya kömək edir. Bugünkü qələbəmizdən zövq alacağıq. Qarşıda "Barselona" ilə vacib bir matçın olduğunu bilirik. Amma əvvəlcə istirahət etməliyik".
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü aprelin 13-də keçiriləcək. Aprelin 10-da oynanılacaq "Real" - "Barselona" matçı isə Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Feedline.Net

TEQ: Zidandan qələbə şərhi


07 Apr 2021 19:08   |    150

Mənbə: news.milli.az



Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin, onlara yalnız (şəriətə) müvafiq qayda üzrə söz deyin...  (Bəqərə Surə-2,ayə-235)



Şərhlər

Digər İdman xəbərləri