Yaponiyada olimpiya məşəli estafeti ləğv olunub

Yaponiyanın Osaka şəhərində Yay olimpiya oyunlarının məşəlinin estafeti ləğv olunub.
Feedline.Net Trend-ə istinadən bildirir ki, bunu Osaka prefekturasının qubernatoru Hirofumi Yosimura elan edib.
Bu qərar koronavirusa yoluxma hallarının şəhər ərazisində kəskin artması ilə əlaqədar qəbul edilib. Son günlərdə Osakada 800-ə yaxın yoluxma qeydə alınıb.
Qeyd edək ki, martın 25-də Fukusima prefekturasında başlamış məşəl estafeti Osakadan aprelin 13-14-də keçməli idi.
Tokio Yay olimpiya oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
Feedline.Net

TEQ: Yaponiyada olimpiya məşəli estafeti ləğv olunub


07 Apr 2021 19:06   |    177

Mənbə: news.milli.az



Küfrə can atanlar səni kədərləndirməsin. Çünki onlar Allaha heç bir zərər yetirə bilməzlər. Allah istəyir ki, onlara axirətdə heç bir şey nəsib etməsin. Onlar üçün böyük bir əzab vardır. (Ali İmran Surə-3,ayə- 176)



Şərhlər

Digər İdman xəbərləri