Bakıda silah satmaq istəyən şəxs saxlanılıb

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Feedline.Net-a verilən xəbərə görə, Abşeron rayon sakini Xəyyam Əbdülhüseynovun üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi və satmaq istəməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub.  Bölmə əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Binəqədi rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd "Naqan" markalı tapança aşkar olunaraq götürülüb. X.Əbdülhüseynov silahın ona məxsus olduğunu və 1000 manata satmaq istəyən zaman saxlanıldığını bildirib.
Qeyd edək ki, X.Əbdülhüseynov odlu silahı satmağa gedərkən tanınmamaq üçün idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanınında dəyişiklik edib.
Faktla bağlı 6-cı Polis Bölməsində saxlanılan şəxs barəsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Feedline.Net

TEQ: Bakıda silah satmaq istəyən şəxs saxlanılıb


27 Feb 2021 15:05   |    174

Mənbə: news.milli.az



" Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. O sizi (əcəliniz gəldikcə) yenə öldürəcək, sonra (qiyamətdə) yenə də dirildəcək və daha sonra siz (əməllərinizin haqq-hesabı çəkilmək üçün) Ona tərəf (Onun hüzuruna) qaytarılacaqsınız.Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan Odur (Allahdır)! O, hər şeyi biləndir! "   (Bəqərə Surə-2 , ayə -28,29)



Şərhlər

Digər Cəmiyyət xəbərləri