Məgər onlar Allaha və Axirət gününə iman gətirib Allahın onlara verdiyi ruzidən (Onun yolunda) xərcləsəydilər, nə itirərdilər? Allah onların (hər bir işini) bilir.Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa Surə-4,ayə- 39-40)