2047-ci ildə təbii qaz ən çox istifadə olunan enerji mənbəyinə çevriləcək

Təbii qazın 2025-ci ilədək qlobal enerji səbətində kömürü üstələyəcəyi və 2047-ci ildə ən çox istifadə olunan enerji mənbəyinə çevriləcəyi gözlənilir.
Feedline.Net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında deyilir. Bildirilir ki, bir çox ölkə tərəfindən təbii qaza təmiz enerji növü kimi daha çox üstünlük veriləcək. Bundan əlavə, təbii qaz bazarı regional bazar olmaqla yanaşı, ölkələr arasında əlaqələrin qurulmasında daha böyük rol oynayacaq.
Təbii qaz kömür və neftdən daha təmiz yanacaq kimi seçilsə də, keçən il qaz qiymətlərinin enməsi və yeni növ koronavirus epidemiyası səbəbindən ekoloji təmiz hava barədə məlumatlılığının artması təbii qaza öz müsbət dəstəyini artıracaq.
Elektrik enerjisi istehsalı və sənayedə istifadə təbii qaz tələbatındakı artımda əsas amil olacaq.
2019-cu ildə 2 faiz olan bərpaolunan enerji mənbələrinin payı isə 2050-ci ildə 10 faizə yüksələcək.
Feedline.Net

TEQ: 2047ci ildə təbii qaz ən çox istifadə olunan enerji mənbəyinə çevriləcək


26 Feb 2021 23:04   |    96

Mənbə: news.milli.az



Sonra da (tövbə etdiyinizə görə) sizi əfv etdik ki, bəlkə, şükür edəsiniz.(Yadınıza salın!) Biz Musaya kitab (Tövrat) və (haqq ilə batili bir-birindən fərqləndirən) Furqan verdik ki, bəlkə, siz doğru yola yönələsiniz.  (Bəqərə Surə-2,ayə-52,53)



Şərhlər

Digər Dünya xəbərləri