Vyanada Xocalı soyqırımı qurbanları anılıb - FOTO

Avstriyada fəaliyyət göstərən Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin (AZER-DER) təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın Avstriyadakı səfirliyinin önündə keçirilən tədbirdə Dərnək üzvləri və bu ölkədəki türk mətbuatının nümayəndələri iştirak edib. 

Aksiya zamanı Azərbaycan səfirliyinin önündə yaradılmış anım güşəsinə əklillər qoyulub və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  

Dərnəyin sədri Yardım Günəş səfirliyin önündə Avstriyadakı  türk mətbuat orqanlarının təmsilçilərinə Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Bildirib ki, bəşəriyyətin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımının tanıdılması və siyasi-hüquqi qiymətin verilməsi üçün hər bir diaspor üzvü və təşkilatı yerli ictimaiyyət və kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etməli, ardıcıl və sistemli fəaliyyət aparmalıdır.



TEQ: Vyanada Xocalı soyqırımı qurbanları anılıb FOTO


26 Feb 2021 22:36   |    188

Mənbə: oxu.az



Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar. )Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir. ( Bəqərə  surə-2, ayə - 184 )



Şərhlər

Digər Cəmiyyət xəbərləri