Gədəbəydə atı ağacdan asdılar, polis araşdırmaya başladı

Gədəbəy rayonunda Tovuz sakininə məxsus atın hələ ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ağacdan asılmasına görə polis araşdırmalara başlayıb.

Bu barədə “Report”a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

“Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”-deyə, DİN rəsmisi bildirib.

Qeyd edək ki, Tovuz rayonu, Keşməli kənd sakini Həsənov Elton İlham oğlu ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ağacdan asıldığınla bağlı polisə şikayət ərizəsi təqdim edib.


TEQ: Gədəbəydə atı ağacdan asdılar polis araşdırmaya başladı


26 Feb 2021 22:35   |    108

Mənbə: oxu.az



Sizə nə oldu ki, münafiqlər barəsində iki dəstəyə (ayrıldınız)? Halbuki Allah onları etdikləri əməllərə görə geriyə (küfrə) qaytarmışdır. Siz Allahın azdırdığı kimsəni doğru yola yönəltməkmi istəyirsiniz? Allahın azdırdığı kimsə üçün heç bir yol tapa bilməzsən. (Nisa Surə-4,ayə- 88)



Şərhlər

Digər Cəmiyyət xəbərləri