Yevlaxda oğurluq etmək istəyən şəxsi elektrik cərəyanı vuraraq öldürdü

Yevlax rayon sakini faciəvi şəkildə ölüb.

“Report” xəbər verir ki, hadisə rayonun Kolanı kəndində qeydə alınıb.

Belə ki, rayon sakini, Yevlax rayonunun Malbinəsi kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Məmməd oğlu Mehrəliyev Kolanı kəndindəki taxıl və yonca sahələrinin suvarılması üçün istifadə edilən artezian quyularındakı transformatorun naqillərini oğurlamaq istəyib. Ancaq naqilləri kəsmək istəyərkən onu elektrik cərəyanı vurub və o, hadisə yerində ölüb.

Mərhumun bundan öncə Tərtər və Yevlaxda da eyni əməlləri törətməkdə şübhəli bilindiyi ortaya çıxıb.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.


TEQ: Yevlaxda oğurluq etmək istəyən şəxsi elektrik cərəyanı vuraraq öldürdü


26 Feb 2021 22:11   |    76

Mənbə: oxu.az



Andlarınıza görə Allahın adını, yaxşılıq etmənizə, Allah-dan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!   (Bəqərə Surə-2,ayə-224)



Şərhlər

Digər Cəmiyyət xəbərləri