Xocalı Soyqırımını “Unutmadıq, unutdurmayacağıq!” - FOTO/VİDEO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Xocalı Soyqırımının 29-cü ildönümünə həsr olunmuş “Unutmadıq, unutdurmayacağıq!” adlı tədbir keçirilib.

Real TV vasitəsilə canlı yayımlanan proqramda 1992-ci ildə Xocalıda soyqırımın şahidi olmuş və bu qətliamı lentə alaraq, bütün dünyaya göstərmiş tanınmış fotoqraf Reza Deqati, soyqırım barədə o dövrdə xarici mətbuata məqalələr yazmış jurnalist Riçardas Lapaydis və Xocalı şəhidlərini daşıyan helikopterin pilotu Leonid Kravets gördükləri dəhşətli mənzərə barədə danışıblar. 

Xocalı sakini Valeh Hüseynov erməni silahlı birləşmələrinin mənfur hücumu və ailəsinə qarşı törədilən qətliam, həmçinin 27 günlük erməni əsirliyində onunla birlikdə yüzlərlə azərbaycanlının başına gələn işgəncələrdən danışıb. 

Proqram XİN Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva və hüquqşünas, millət vəkili Erkin Qədirlinin “Beynəlxalq Hüquq və Xocalı Soyqırımı” mövzusunda müzakirə paneli ilə davam edib. Natiqlər regionda davamlı sülhün təmin olunması naminə cinayətkarların məsuliyyətə cəlb olunması, beynəlxalq ictimaiyyət tərəfindən Xocalı dəhşətinin soyqırım kimi tanınmasının vacibliyi və bu istiqamətdə dövlət tərəfindən atılan addımlara toxunublar.

Xatırladaq ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının məqsədi Xocalı soyqırımı, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib. Kampaniyanın fəaliyyəti nəticəsində dünyanın 17 ölkəsi, ABŞ-ın 24 ştatı və İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamələr qəbul edilib.

Sözügedən tədbirin videosunu təqdim edirik:












TEQ: Xocalı Soyqırımını Unutmadıq unutdurmayacağıq! FOTO/VİDEO


26 Feb 2021 22:10   |    119

Mənbə: oxu.az



" Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” –dedik. (O, əsanı daşa vuran kimi) ondan (daşdan) on iki çeşmə fışqırdı, hər kəs öz çeşməsini tanıdı. (Sonra onlara: ) “Allahın verdiyi ruzidən yeyin-için, fəqət yer üzündə öz həddinizi aşaraq fəsad törətməyin!” (söylədik). "  (Bəqərə Surə-2,ayə-60)



Şərhlər

Digər Cəmiyyət xəbərləri