Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb

Xocalı hadisələrinin şahidi, Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvü Samirə Hüseynova həmin günlə bağlı xatirələrini bölüşüb.
Feedline.Net Trend-ə istinadən bildirir ki, o, ADA Universitetində Xocalı faciəsinə həsr olunmuş tədbir zamanı çıxış edib.
S.Hüseynova bildirib ki, hadisə baş verən vaxt 12 yaşı var idi:
"Hadisələr başlayanda biz evdə idik. Atam gəlib xəbər verdi ki, ermənilər şəhərə daxil olub, ona görə də uşaqları, qadınları və qocaları Xocalıdan çıxarmaq lazımdır. Biz çətinliklə çaya çatdıq, ayaqyalın buz kimi sudan keçərək meşəyə daxil olduq. Bütün bu vaxt ərzində ermənilər bizi təqib edirdi. Gözlərimin önündə çox adam həlak oldu. Kiçik qardaşım gözündən güllə yarası aldı".
O bildirib ki, ailəsi çətinliklə Ağdama çatdı. Oraya həlak olanların meyitlərini də gətirməyə başlamışdılar:
"Mən atamı və qohumlarımı axtarmağa başladım, amma heç kimi tapa bilmədim və o vaxtdan bəri onlar barədə heç nə eşitməmişəm".
Feedline.Net

TEQ: Xocalı hadisələrinin şahidi öz xatirələrini bölüşüb


26 Feb 2021 22:06   |    152

Mənbə: news.milli.az



...Əgər (ölənin) qardaşları (və ya bacıları) varsa, onun ana-sına (mirasının) altıda bir hissəsi düşür. (Bu bölgü )ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra (aparılır). Valideynləriniz-dən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. (Bunlar) Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir.  (Nisa Surə-4,ayə- 11)



Şərhlər

Digər Cəmiyyət xəbərləri