Azərbaycanda neçə şagird koronavirusa yoluxub? - RƏSMİ

Məktəblərdə COVID-19-la bağlı vəziyyətə dair məlumat açıqlanıb.

Təhsil Nazirliyindən FeedLine.net-in sorğusuna cavab olaraq bildirib ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” 22 yanvar 2021-ci il tarixli 12 nömrəli qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir:

“1-21 fevral tarixlərində ölkə ərazisində 4427 məktəb, 71 764 sinifdə qismən ənənəvi tədris təşkil edilib. Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 000, işçi sayı isə 120 000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub”.

“Göstərilən dövr ərzində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib”, - deyə qeyd edilib. 


TEQ: Azərbaycanda neçə şagird koronavirusa yoluxub? RƏSMİ


23 Feb 2021 15:15   |    181

Mənbə: oxu.az



"Məgər, siz kitabın (Tövratın) bir hissəsinə inanıb, digər qismini inkar edirsiniz? Sizlərdən bu cür işlər görənlərin cəzası dünyada yalnız rüsvay olmaq, qiyamətdə isə ən şiddətli əzaba düçar olmaqdır. Allah etdiklərinizin heç birindən qafil deyildir." (Bəqərə Surə-2, ayə-85)



Şərhlər

Populyar xəbərlər

Email abonə:

Digər Cəmiyyət xəbərləri