Sabiq nazir müavini vəfat etdi

Sabiq nazir müavini Qurban Xanoğlan oğlu Əliyev ürəktutmadan vəfat edib.
Feedline.Net qafqazinfo-ya istinadən xəbər verir ki, Qurban Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. 1974-cü ildən Azərbaycan Avtomobil Yolları Nazirliyində işləyib.
1989-cu ildən 1993-cü ilə qədər nazirin birinci müavini - nazir vəzifəsini müvəqqəti icra edib. Sonra 1993-cü ildən 2004-cü ilədək Azərsənayetikinti Dövlət Şirkətində vitse-prezident, Azərsənayetikinti Səhmdar Cəmiyyətində sədrin birici müavini vəzifəsində, 2006-2008-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində baş məsləhətçi çalışıb və tikinti sahəsində yüksək xidmətlərinə görə bir çox mükafatlara layiq görülüb.
Feedline.Net

TEQ: Sabiq nazir müavini vəfat etdi


23 Feb 2021 14:37   |    163

Mənbə: news.milli.az



(Bu,) Onun tərəfindən (möminlərə nə-sib olan) dərəcələr, bağışlanma və mərhəmətdir. Allah, Bağışlayandır, Rəhmlidir.  (Nisa Surə-4,ayə- 96)



Şərhlər

Populyar xəbərlər

Email abonə:

Digər Cəmiyyət xəbərləri