Yaponiya nüvə silahının qadağan olunması sazişinə qoşulmayacaq

Yaponiya nüvə silahının qadağan olunması haqqında sazişə qoşulmayacaq.

“RİA Novosti”nin məlumatına görə, bunu Yaponiyanın Baş naziri Yoşihide Suqa bəyan edib.

“Bizim bu sazişi imzalamaq fikrimiz yoxdur”, - deyə Baş nazir bildirib.

Onun sözlərinə görə, ölkəsi üçün daha uyğun variant nüvə silahının azaldılması yolu ilə getməkdir.

Qeyd edək ki, nüvə silahının qadağan olunması haqqında saziş 50 ölkə tərəfindən imzalanıb. Nüvə klubunun üzvü olan ABŞ, Rusiya, Fransa, Böyük Britaniya və Çin hələ 2018-ci ildə bu müqaviləni imzalamayacaqlarını bildirib.


TEQ: Yaponiya nüvə silahının qadağan olunması sazişinə qoşulmayacaq


23 Jan 2021 02:31   |    118

Mənbə: oxu.az



Ey iman gətirənlər! Səfərə çıxmış və ya müharibəyə getmiş qardaşları barəsində: “Əgər onlar bizim yanımızda olsaydılar, nə ölər, nə də öldürülərdilər”– deyən kafirlər kimi olmayın! Allah bunu onların qəlblərində qəm-qüssə olsun deyə (belə) etdi. Dirildən də, öldürən də Allahdır. Allah nə etdiklərinizi görür.(Ali İmran Surə-3,ayə- 156)



Şərhlər

Digər Dünya xəbərləri