Kassalarda sıxlıq olduqda müştəri şikayətini hara bildirməlidir? - AÇIQLAMA

“İstər ictimai iaşə müəssisələrində, istərsə də ərzaq mağazalarında vətəndaş pandemiya dövrünün tələblərini pozan hər hansı bir hal görürsə, dərhal buna öz mövqeyini bildirməlidir”.

Bunu Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Priyev deyib.

O, pik saatlarda ərzaq mağazaları və ictimai iaşə müəssisələrində kassalarda yaranan sıxlıqla bağlı vətəndaşların hansı formada müraciətlərini edə biləcəyindən danışarkən bildirib ki, bu halda istehlakçı məsul şəxsə müraciət edə və mövcud boş kassaların açılmasını tələb edə bilər:

“Hər birimiz istehlakçıyıq və mən özüm də marketə daxil olan zaman bu halları müşahidə edirəm. İlk növbədə burada qanunvericiliyin tələblərindən, ictimai iaşə müəssisəsinin daşıdığı məsuliyyət və onu gözləyən cəza tədbirlərindən danışa bilərik. Bunların hər biri qeydə alınır və həyata keçirilir. Lakin, prosesin tənzimlənməsində dövlət orqanları ilə yanaşı hər bir vətəndaş və istehlakçı da aktiv iştirak etməlidir”.

O qeyd edib ki, istehlakçılar bu kimi hallarla qarşılaşdıqda AQTA-nın 1003 qaynar xəttinə və digər aidiyyəti orqanlara məlumat verə bilərlər. 

Nigar Məmmədova


TEQ: Kassalarda sıxlıq olduqda müştəri şikayətini hara bildirməlidir? AÇIQLAMA


23 Jan 2021 02:03   |    103

Mənbə: oxu.az



Heç kimə yaraşmaz ki, Allah ona Kitab, hikmət və peyğəmbərlik verdikdən sonra insanlara: “Allaha yox, mənə qul olun!”– desin. Əksinə, (o deyər): “Öyrətdiyiniz Kitabın və (ondan) öyrəndiyiniz şeyin sayəsində din xadimləri olun!”  (Ali İmran Surə-3,ayə- 79)



Şərhlər

Digər Cəmiyyət xəbərləri