3-cü liqa təmsilçisinin qapıçısından “Barselona” ilə oyunda tarixi uğur

İspaniyanın Kornelye de-Leobreqat şəhərinin “Munisipal de la Via Ferria” stadionunda ölkə kubokunun 1/16 mərhələsi çərçivəsində “Barselona” və 3-cü liqa təmsilçisi yerli “Kornelyu” komandaları arasında oyun keçirilib.

Oyun əlavə edilmiş vaxtda “Barsa”nın iki top vurması ilə Primero klubunun qələbəsilə başa çatıb.

Matç daha bir əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, “Kornelyu”nun 21 yaşlı qapıçısı Xuan Ramon rəqib komanda oyunçularının iki penalti zərbəsini dəf edib və bunanla da “Barselona”ya qarşı oyunda əsas vaxtda iki penalti qaytaran ilk qapıçı olub. Ümumilikdə, Xuan bu matçda 7 seyv edib.

Qeyd edək ki, matç zamanı Ronald Kumanın yetirmələri iki penaltini qola çevirə bilməyiblər. 39-cu dəqiqədə Pyaniç, 80-ci dəqiqədə Usman Dembele qol fürsətini əldən verib.

Məlumat üçün bildirək ki, Xuan Ramon “Kornelyu” futbo məktəbinin yetirməsidir və 2017-ci ildən bəri peşəkar klubda çıxış edir.

“Transfermarkt” qapıçını 300 min avro dəyərində qiymətləndirilir. Onun klubla müqaviləsi yayda bitəcək. Bu mövsüm 21 yaşlı qapıçı bütün turnirlərdə ümumilikdə 12 matç keçirib və 14 qol buraxıb. 4 matçda isə qapısını toxunulmaz saxlamağı bacarıb.


TEQ: 3cü liqa təmsilçisinin qapıçısından Barselona ilə oyunda tarixi uğur


23 Jan 2021 01:32   |    195

Mənbə: oxu.az



Tabe olanlar deyəcəklər: “Əgər bizim üçün (dünyaya) dönüş olsaydı, (indi) onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar (heç vaxt Cəhənnəm) odundan çıxa bilməyəcəklər.  ( Bəqərə  surə-2, ayə - 167 )



Şərhlər

Digər İdman xəbərləri