Makqreqor və Puryenin alacaqları qonorarlar açıqlandı

“İndependent” nəşri iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor və yüngül çəkidə keçmiş müvəqqəti çempion Dastin Purye arasında keçiriləcək revanş döyüşünə görə alacaqları qonorarların miqdarını açıqlayıb.

Nəşrin yazdığına görə, Makqreqor 5, Porye isə 1 milyon dollar qonorar alacaq. Bundan əlavə, hər iki döyüşçü ödənişli yayımlardan da faiz əldə edəcəklər.

Qeyd edək ki, revanş döyüşü UFC 257 turniri çərçivəsində təşkil olunacaq.

Xatırladaq ki, rəqiblər arasında ilk döyüş 2014-cü ilin sentyabr ayından baş tutub. Makqreqor Puryeni ilk raunddaca nokauta göndərib.

Karyerası ərzində Makqreqor 26 görüşdən 22-də qələbə qazanıb. Puryenın şəxsi hesabında isə 22 qələbə və 6 məğlubiyyət var.


TEQ: Makqreqor Puryenin alacaqları qonorarlar açıqlandı


23 Jan 2021 00:33   |    102

Mənbə: oxu.az



Həqiqətən, münafiqlər Odun ən aşağı təbəqəsində olacaqlar və sən onlara heç bir köməkçi tapa bilməzsən.Tövbə edənlər, (əməllərini )islah edənlər, Allahdan möh-kəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. (Nisa Surə-4,ayə- 145-146)



Şərhlər

Digər İdman xəbərləri