Türkiyədə son sutkada koronavirusdan 6 018 nəfər sağalıb
Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 149 nəfər dünyasını dəyişib.
Feedline.Net Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 24 789 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 5 967 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 418 472 nəfərə çatıb. Nazir bildirib ki, ötən gün koronavirusdan 6 018 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 296 050 nəfər təşkil edir.
Feedline.Net
" Qorxun o gündən ki, (o vaxt) heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən bir fidyə qəbul edilməyəcək, heç kəsin şəfaəti fayda verməyəcək və onlara kömək göstərilməyəcək. " (Bəqərə Surə-2,ayə-123)