Bakıda avtomobil ahıl qadını vuraraq hər iki ayağı sındırdı

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Yolu keçən 1965-ci il təvəllüdlü Eyvazova Səriyyə Nurməmməd qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır və sol budun sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


TEQ: Bakıda avtomobil ahıl qadını vuraraq hər iki ayağı sındırdı


14 Jan 2021 00:09   |    101

Mənbə: oxu.az



Biz sənə aydın başa düşülən dəlillər nazil etdik ki, onları da yalnız fasiqlər inkar edərlər. (Bəqərə Surə-2,ayə-99)



Şərhlər

Digər Cəmiyyət xəbərləri