Premyer Liqa Bakı Kristal Zalında keçiriləcək

Bakıda keçiriləcək karate üzrə Premyer Liqa turnirinin proqramı bəlli olub.

Yarışdan əvvəl karate hakimləri üçün 7-11 mart tarixlərində kurs keçiriləcək və onlardan imtahan götürüləcək.

Yarış isə 12-14 mart tarixlərində baş tutacaq. Kişi və qadın karateçilər üzrə beş kateqoriya çəki dərəcəsində döyüşlər keçiriləcək.

Kumite və kata yarışlarında qızıl medalçılar 750 avro qazanacaq. 500 avro gümüş medalçılara, 200 avro isə bürünc mükafatçılara veriləcək.

Qeyd edək ki, yarış I Avropa Oyunlarında olduğu kimi, Bakı Kristal Zalında keçiriləcək.


TEQ: Premyer Liqa Bakı Kristal Zalında keçiriləcək


13 Jan 2021 23:39   |    127

Mənbə: oxu.az



Əmin olduğunuz təqdirdə ümrəni (bitirib) həccə qədər (qadağan olunanlardan) istifadə edən kəs asan başa gələn bir qurbanlıq verməlidir. Q(urbanlıq) tapmayanlar isə həcc əsnasında üç gün və (vətəninə) qayıtdıqda isə yeddi gün oruc tutmalıdır. Bu da tam on gün edir. Bu, ailəsi Məscidulharamda yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allah şiddətli cəza verəndir. ( Bəqərə  surə-2, ayə - 196 )



Şərhlər

Digər İdman xəbərləri