Bu əlamət sağalmaz xəstəlikdən xəbər verir

Alimlər müəyyən ediblər ki, insanlarda iybilmə hissinin itməsi Parkinson xəstəliyinin erkən əlamətləri sırasına aiddir.
Feedline.Net xəbər verir ki, bu barədə "Express" nəşri yazıb.
Parkinson Fondundan nəşrə verilən məlumata görə, bu xəstəlikdən əziyyət çəkən pasiyentlər tez-tez bildirirlər ki, titrəmə və başqa yayılmış əlamətlərin inkişafından bir neçə il əvvəl onların qoxuları hiss etməsi qabiliyyəti itib.
Lakin iybilmə qabiliyyətinin itməsi heç də bütün pasiyentlərdə müşahidə olunmur. Amma tədqiqatlar göstərir ki, xəstələrin 90%-i qoxuları hiss etmir.
Qeyd edilir ki, bəzən qoxubilmə xəstəliyin diaqnostikasından 10 il əvvəl itə bilər.
Xatırladaq ki, iybilmə duyğusunun itməsi həmçinin koronavirus infeksiyasının tez-tez rast gəlinən əlamətidir. 
Feedline.Net

TEQ: Bu əlamət sağalmaz xəstəlikdən xəbər verir


13 Jan 2021 23:34   |    111

Mənbə: news.milli.az



Allah pisi yaxşıdan ayırmayınca möminləri sizin olduğunuz vəziyyətdə tərk edən deyildir. Allah sizə qeybi bildirən deyildir. Lakin, Allah Öz elçilərindən istədiyini seçər. Odur ki, Allaha və Onun elçilərinə iman gətirin! Əgər iman gətirib (Allahdan) qorxsanız, sizə böyük bir mükafat verilər.(Ali İmran Surə-3,ayə- 179)



Şərhlər

Digər Maraqlı xəbərləri