Qandurulducu dərmanları necə qəbul etməli? - Akademikdən izah

"Antikoaqulyant deyilən qandurulducu, tromb əleyhinə dərmanlar çox ciddi prepatlardır. Onlar aspirin kimi deyil və onunla bir tutulmamalıdır. Yanlış və yerində istifadə edilmədikdə, xəstəni ağır hala sala, öldürə də bilər".
Feedline.Net xəbər verir ki, bunu rusiyalı akademik David İoseliani bildirib.
O qeyd edib ki, koronavirusda ürək-damar xəstəlikləri olan və qanı laxtalanmaya meyilli insanlar risk qrupundadır.
Yüksək təzyiqi olan insanlar koronavirusdan daha ağır formada reanimasiyaya düşür.
Koronavirusdan sonra miokardın iltihabı xəstəliklərinə çox rast gəlirik. Ürək əzələsi infeksion xəstəliklərdən həmişə zərər görüb. Bu həmişə olub.
Covid 19 sistem xəstəliyidir, ona görə, ürək, böyrək, beyin hər orqanda iz qoya bilər.
"Mən əminəm ki, koronavirusu orta və ağır formada keçirən hər insanda miokardit baş verir. Lakin çoxlarında bu xəstəlik yüngül keçir, izsiz keçir, fikir vermirlər.
Amma məlsəhət görərdim ki, koronavirusdan sonra hər bir xəstə ürəyini yoxlatsın.
Ümumiyyətlə, 40 yaşdan sonra hər bir insan ildə 2 dəfə EKQ və EXQ dən keçməlidir".
Həkim bildirib ki, özbaşına və səbəbsiz ürək, qan damar dərmanları, qandurulducular qəbul etmək orqanizm üçün zərərlidir, çünki hər bir dərman kimyəvi maddədir və orqanizm üçün əlavə yükdür.
"Mən istər viruslarda, istər arada bir qandurulducu preparatların özbaşına, analizlərsiz qəbulunun əleyhinəyəm. Eləcə də bu gün içdim, yaxşıyam, sabah yadımdan çıxdı, lazım deyil kimi yanaşma da səhvdir. Bu dərmanlar ciddi sxemlə içilməlidir.
Əgər bir xəstəyə antikoaqulyant təyin edilirsə, onu vaxtında, dozasında və hər gün müəyyən müddət qəbul etməlidir.
Həkimin dediyi kimi qəbul etməyəcəksizsə, onda heç içməyin.
Qandurulducular daxili qanaxmalara səbəb olur, lakin onların qəbulunu da birdən kəsmək olmaz. Bu ürək qan damar beyin üçün əlavə təsirdir.
Antikoaqulyantlar qan damar testləri, qan analizlərindən sonra təyin edilir və bu analizlər normallaşandan sonra həkim nəzarətində sxemdə azaldılmaqla kəsilir". /medicina.az
Feedline.Net

TEQ: Qandurulducu dərmanları necə qəbul etməli? Akademikdən izah


13 Jan 2021 23:02   |    154

Mənbə: news.milli.az



Allah üçün həcc və ümrəni tam yerinə yetirin. Əgər sizin qarşınızı kəssələr, müyəssər olan bir qurbanlıq (verin). Qurbanlıq öz yerinə çatana qədər başınızı qırxmayın. Sizlərdən xəstələnən və ya başındakı (xəstəlikdən) əziyyət çəkən varsa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir.... ( Bəqərə  surə-2, ayə - 196 )



Şərhlər

Digər Maraqlı xəbərləri