Şuşanı ailəsi ilə birlikdə gəzməyi arzulayan 23 yaşlı şəhid - FOTO

44 günlük Vətən müharibəsinin qəhramanlarından biri də şəhid Abbasov Samir Azər oğludur.
Feedline.Net bildirir ki, S.Abbasov 1997-ci ildə Neftçala rayonunun Xol Qaraqaşlı kəndində doğulub.
O, 2015-ci ildə Naxçıvanda Həqiqi Hərbi xidməti şərəflə başa vurub. Vətən müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. S.Abbasov Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. 
Ən böyük arzusu valideynləri ilə birlikdə Şuşa şəhərini gəzmək olan S.Abbasov noyabrın yeddisində Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.
Noyabrın 23-də doğulduğu Xol Qaraqaşlı kəndinin qəbiristanlığında dəfn olunub.
Prezidentin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 
Feedline.Net




TEQ: Şuşanı ailəsi ilə birlikdə gəzməyi arzulayan 23 yaşlı şəhid FOTO


13 Jan 2021 22:32   |    188

Mənbə: news.milli.az



Müəyyən sayda olan günləri (oruc tutmalısınız.) Sizlərdən xəstə və ya səfərdə olanlar başqa günlərdə eyni sayda (oruc tutmalıdırlar. )Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər. Kim könüllü olaraq yaxşılıq etsə, bu onun üçün daha xeyirli olar. Biləsiniz ki, sizə oruc tutmaq daha xeyirlidir. ( Bəqərə  surə-2, ayə - 184 )



Şərhlər

Digər Cəmiyyət xəbərləri