COVID-19 infeksiyasına qarşı Rusiyada hazırlanan peyvənd 100 faiz müsbət nəticə verib

"Vektor" mərkəzi tərəfindən koronavirus peyvəndi vurulan könüllülərin 100 faizində koronavirusa qarşı anticisimlər formalaşıb.
Feedline.Net xəbər verir ki, bu barədə Rusiyanın "Vektor" Dövlət Virusologiya və Biotexnologiya Elmi Mərkəzindən məlumat verilib.
"Klinik tədqiqatlar göstərir ki, "EpiVacCorona" peyvəndi ilə immunizasiya olunan könüllülərin  100 faizində anticisimlər aşkar edilib" - deyə mərkəzdən bildirilib.
Məlumatda həmçinin qeyd olunur ki, "Vektor" peyvəndi vurulan insanlarda ciddi yan təsirlər müşahidə edilməyib.
Bununla belə mütəxəssislər bildirib ki, vaksinin qoruyucu effektivliyinin tam qiymətləndirilməsi yalnız qeydiyyatdan sonrakı tədqiqatların ilkin və ya yekun nəticələri ümumiləşdirildikdən sonra verilə bilər. 
Feedline.Net

TEQ: COVID19 infeksiyasına qarşı Rusiyada hazırlanan peyvənd 100 faiz müsbət nəticə verib


22 Nov 2020 01:31   |    107

Mənbə: news.milli.az



Kim yaxşı bir işə vasitəçilik etsə, ona (bunun) (savabından) bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da (onun günahından) bir pay düşər. Allah hər şeyi Qoruyandır. (Nisa Surə-4,ayə- 85)



Şərhlər

Digər Dünya xəbərləri