Pekinin hava limanlarından 300-ə yaxın uçuş təxirə salınıb

Çinin paytaxtı Pekində qarlı hava şəraiti "Dasin" və "Paytaxt" hava limanlarından 289 uçuşun təxirə salınmasına səbəb olub.
Feedline.Net AZƏRTAC-a istinadən bildirir ki, Pekində noyabrın 21-də səhər erkən saatlardan başlayan qar və külək hava limanlarında təyyarələrin enib-qalxmasına çətinlik yaradıb. "Paytaxt" hava limanında 119, "Dasin" aeroportunda isə 170 reys təxirə salınıb. Hava limanlarında uçuş zolaqlarının təmizlənməsinə xeyli texnika cəlb olunub. Günortadan sonra uçuşlar bərpa olunub.
Qeyd edək ki, Çin paytaxtında mövsümün ilk qarının yağması ilə əlaqədar orta səviyyədə xəbərdarlıq elan edilib.
Feedline.Net

TEQ: Pekinin hava limanlarından 300ə yaxın uçuş təxirə salınıb


22 Nov 2020 01:02   |    80

Mənbə: news.milli.az



....O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” (Allah) dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona (həqiqət) bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!”– dedi.   (Bəqərə Surə-2,ayə-259)



Şərhlər

Digər Dünya xəbərləri