18 gün komada qalan qazimiz evinə döndü - VİDEO

Yaralı olduğu halda əsgər yolsaşlarının həyatını xilas edən və 18 gün komada qalan qubalı qazimiz evinə dönüb. 

Baku TV xəbər verir ki, onun dönüşü əsl bayram ab-havası yaradıb. 

Böyükdən-kiçiyə hər kəs əsgərin evi qarşısında onu qarşılayıb. 

Səkkiz ildir vətənə qulluq edən gizir Zeynal Fərzəliyevin əsas vəzifəsi yaralı əsgərlərimizə tibbi yardım göstərmək olub. Ordumuzun şücaətindən danışan qazi deyir ki, bir çox əsgər yolsaşları ağır yaralansa da, döyüş meydanını tərk etmirdilər. Füzuli uğrunda gedən döyüşlərdə Zeynalın özü də yaralanıb. Buna baxmayaraq, yaralı əsgər yolsaşlarına yardım edib onların həyatını xilas etməyi bacarıb. Özü isə 18 gün komada qalıb. 

Z.Fərzəliyev qeyd edib ki, yaralarını sarıdığı, yardım etdiyi yolsaşlarından heç biri dünyasını dəyişməyib.


TEQ: 18 gün komada qalan qazimiz evinə döndü VİDEO


22 Nov 2020 00:33   |    97

Mənbə: oxu.az



Onlar (haqqı dərk etdikdən) sonra kəlmələrin yerlərini dəyişdirib deyirlər: “Əgər sizə bu (dəyişdirilən hökm) verilsə, onu götürün. Yox əgər o verilməsə, çəkinin!” Allah kimi fitnəyə salmaq istərsə, sən ondan ötrü heç bir şeylə Allaha mane ola bilməzsən.Onlar o kəslərdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar dünyada rüsvay, axirətdə isə böyük bir əzaba düçar olacaqlar. (Maidə Surə-5,ayə- 41)



Şərhlər

Digər Cəmiyyət xəbərləri