Tozsoranlar evdəki söhbətləri dinləyə və ötürə bilər

ABŞ-ın Maryland Universitetindən bir qrup tədqiqatçı robot tozsoranların evdəki səsləri qeyd etmək üçün istifadə edilə biləcəyini açıqlayıb. Kompüter mütəxəssisləri normalda mikrofonu olmayan bu robotları siqnal işləmə üsullarından istifadə edərək qeyd cihazlarına çeviriblər.
Feedline.Net ted.az-a istinadən bildirir ki, tədqiqatçılar "Lidar" texnologiyası istifadə edən bütün cihazların bu üsulla manipulyasiya edilə biləcəyini söyləyir.
Səs dalğaları cisimləri titrədir. Bu titrəmələr cisimdən əks olunan işıqda dəyişiklikliyə səbəb olur. 1940-cı illərdən bəri casusluqda istifadə olunan lazer mikrofonları bu dəyişiklikləri yenidən səs dalğalarına çevirir.
Tozsoran sensoru tərəfindən aşkarlanan siqnallar səs dalğalarını qəbul etmək üçün lazım olan məlumatların çox az hissəsini təmin edir.
Bu səbəbdən araşdırma çərçivəsində süpürgənin Lidar sisteminin bir mikrofon kimi işləməsinə imkan verə biləcəyi və siqnalın keyfiyyətli səs siqnallarına çevrilə biləcəyi araşdırılıb.
Feedline.Net

TEQ: Tozsoranlar evdəki söhbətləri dinləyə ötürə bilər


22 Nov 2020 00:05   |    171

Mənbə: news.milli.az



Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır!İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir.Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. ( Bəqərə  surə-2, ayə - 206-208 )



Şərhlər

Digər Maraqlı xəbərləri