Virtual və əlavə reallıq texnologiyaları bazarı sürətlə inkişaf edəcək

Bu il dünyada virtual (VR) və əlavə reallıq (AR) sahəsində mal və xidmətlərin satış həcmi 12 milyard dolları ötəcək, 2024-cü ilədək isə 72,8 milyard dollara çatacaq. Bu barədə "IDC" analitik şirkətinin hesabatında deyilir.
Feedline.Net ictnews.az-a istinadən bildirir ki, 2020-ci il bazarın inkişafında dönüş nöqtəsi olub. Pandemiya şəraitində biznesdə vəsaitlərə qənaət məcburiyyətinə baxmayaraq "AR" və "VR" əksər şirkətlərin uğuru üçün vacib elementlərdəndir. Texnologiyaların tətbiqi üçün əsas sahə kimi tədris göstərilir. Bu seqmentin həcmi 2024-cü ilədək 4,1 milyard dollaradək artacaq. Eyni həcmə "AR" və "VR" vasitələrinin texniki xidmət üçün sənayedə tətbiqi seqmenti malik olacaq. Bundan başqa, "AR" və "VR" müştərilərlə təmassız əlaqə qurmağa imkan verir: daşınmaz əmlakın virtual nümayişi, virtual vitrinlər və s. 2024-cü ilədək bu seqmentin həcmi 2,7 milyard dollaradək artacaq. İstehlak bazarında (oyunlar və videoya baxış) texnologiyaların tətbiqi üzrə ən geniş yayılmış sahələr istehsalçılara 17,6 milyard dollar qazanc gətirəcək.
Ümumi satış həcminin təxminən 2/3 hissəsi virtual və əlavə reallıq texnologiyalarına baxış üçün qurğuların payına düşəcək, proqram təminatının payı isə ¼ hissəyədək artacaq. Həmçinin konsultasiya xidmətləri və sistem inteqrasiyası seqmentlərinin illik artımı müvafiq olaraq 77,3 və 90,7 faiz təşkil edəcək.
Feedline.Net

TEQ: Virtual əlavə reallıq texnologiyaları bazarı sürətlə inkişaf edəcək


22 Nov 2020 00:03   |    136

Mənbə: news.milli.az



İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.   ( Bəqərə  surə-2, ayə - 165 )



Şərhlər

Digər Maraqlı xəbərləri