Ermənilər Gəncəni İsgəndər raketi ilə vurub - DETALLAR ÜZƏ ÇIXDI

Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin (CAST) rəhbəri Ruslan Puxov, Dağlıq Qarabağdakı münaqişə zamanı Rusiya istehsalı olan İsgəndər raketinin yaşayış məntəqəsini vurmasını izah edib.
Mütəxəssisin fikrincə, İsgəndər "böyük ölçüdə çəkindirici silah kimi alınıb". Bu raketlər hər zaman dairəvi əyilməyə malik olur: "Yəqin ki, Gəncə şəhərindəki hərbi aerodrom hədəf alınıb, amma raket yaşayış sahəsinə düşüb".
Feedline.Net ted.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl mətbuata açıqlama verən Ermənistan Müdafiə Nazirliyinin keçmiş baş Qərərgah rəisi Movses Akopyan 2-ci Qarabağ savaşında İsgəndər taktiki raket komplekslərindən istifadə etdiklərini bildirmişdi. Akopyan raketlərin hansı istiqamətdə atıldığını gizli saxlamışdı. Bu sensasion açıqlamadan sonra Akopyan Ermənistan polisi tərəfindən həbs edilib.
Feedline.Net

TEQ: Ermənilər Gəncəni İsgəndər raketi ilə vurub DETALLAR ÜZƏ ÇIXDI


22 Nov 2020 00:02   |    210

Mənbə: news.milli.az



Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını )artırar. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir.   (Bəqərə Surə-2,ayə-261)



Şərhlər

Digər Maraqlı xəbərləri