Bərdədə qəza nəticəsində iki nəfər ölüb, yaralananlar var - FOTO

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

nun məlumatına görə, hadisə Bərdə-Tərtər yolunun Lager adlanan ərazisində baş verib.

Belə ki, “VAZ-2107” və “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması zamanı "VAZ-21011" markalı minik avtomobili yanıb.

Hadisə nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb. Xəsarət alanlar: Bərdə rayon sakinləri - 1986-cı il təvəllüdlü Rəhimli Rövşən Teymur oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Elgiz Edilxan oğlu və Tərtər rayon sakinləri - 1995-cil il təvəllüdlü Əliyev İsgəndər İsrail oğlu, 1989-cu il təvəllüdlü Abbasov Elşad Mübariz oğludur.

Faktla bağlı araşdırma aparılır.


TEQ: Bərdədə qəza nəticəsində iki nəfər ölüb yaralananlar var FOTO


21 Nov 2020 23:38   |    127

Mənbə: oxu.az



Bax, siz o kəslərsiniz ki, onlara məhəbbət bəsləyir, onlar isə sizi sevmirlər. Siz (nazil olan) kitabların hamısına inanır-sınız. Onlar sizinlə rastlaşanda: “Biz iman gətirdik!”– deyirlər, təklikdə qalanda isə sizə qarşı qəzəbdən barmaqlarının ucunu gəmirirlər. De: “Qəzəbinizdən ölün!” Şübhəsiz ki, Allah kökslərdə olanları bilir. (Ali İmran Surə-3,ayə- 119)



Şərhlər

Digər Cəmiyyət xəbərləri