App Store-da komissiya 30%-dən aşağı düşəcək

Bir neçə müddət bundan öncə Telegram-ın yaradıcısı Pavel Durov, App Store platformasını sərt şəkildə tənqid etmişdi. O qeyd etmişdi ki, App Store platformasının kənar tərtibatçılardan əldə etdiyi 30% komissiya çox yüksəkdir. Bu məsələ hətta Avropa komissiyasına şikayətə kimi gedib çıxmışdı. İndi isə məlum olub ki, Apple şirkəti bu məsələdə kiçik biznesə güzəşt edəcək. Bu barədə 9to5mac saytı xəbər evrib.
Apple şirkəti heç gözlənilmədən yeni App Store Small Business Program adlı proqramı işə salaraq App Store platformasının siyasətində dəyişikliklərin olduğunu elan edib. İşə salınmış yeni proqramın şərtlərinə əsasən əvvəlki il üzrə gəlirləri 1 milyon dollardan aşağı olmuş tərtibatçılar 30%-lik deyil 15%-lik komissiya ödəyəcəklər.
Bu proqrama həm yeni tərtibatçılar həm də App Store-da artıq qeydiyyatdan keçmiş tərtibatçılar qoşula bilərlər. Bu yeni proqram həmçinin abunəlik sisteminə də təsir edir. Hal hazırda Apple şirkəti kənar tətbiqin daxilindəki abunəliyin ilk ili üçün 30% komissiya əldə edir. Lakin 1 ildən sonra istifadəçi abunəlik müddətini uzatsa, komissiya 15% təşkil edəcək. Bu cür proqramın işə salınması yekunu üzrə demək olar ki, bəzi tərtibatçılar daha çox gəlir əldə edəcəklər.
Feedline.Net

TEQ: App Storeda komissiya 30%dən aşağı düşəcək


21 Nov 2020 23:34   |    64

Mənbə: news.milli.az



Kafir olanların nə malları, nə də övladları onlara Allahın dərgahında heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar.   (Ali İmran Surə-3,ayə-10)



Şərhlər

Digər Maraqlı xəbərləri