Analitiklər dünyada ən çox satılan “5G” smartfonlarının adını açıqlayıblar

"Counterpoint Research" analitik şirkəti 2020-ci il payızın əvvəlinə olan vəziyyətə görə, beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən smartfonların satış statistikasını dərc edib.
Feedline.Net ictnews.az-a istinadən bildirir ki, hesabat dövründə "5G" smartfon bazarının 5%-nə sahib "Samsung Galaxy Note 20 Ultra" cihazı satış lideri olub. Qabaqcıl "HUAWEI P40 Pro" aparatı (4,5%) ikinci yeri tutub. Çinin texnologiya nəhənginin daha bir qurğusu, orta qiymət kateqoriyasına məxsus "HUAWEI nova 7" üçüncü pillədə qərarlaşıb. İlk onluğa hər iki brendin başqa modelləri də daxil edilib: "Samsung Galaxy S20 " və "Galaxy Note20", həmçinin "HUAWEI P40". Bundan başqa, reytinqdə "vivo", "OPPO" və "HONOR" istehsalı olan smartfonlar da yer alıb.
Feedline.Net

TEQ: Analitiklər dünyada ən çox satılan 5G smartfonlarının adını açıqlayıblar


21 Nov 2020 23:32   |    130

Mənbə: news.milli.az



Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə (niyyəti ilə) ziyarət edərsə, bunları təvaf etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, (bilsin ki,) Allah əvəzini verəndir, Biləndir. ( Bəqərə  surə-2, ayə - 158 )



Şərhlər

Digər Maraqlı xəbərləri