İnstaqramda yenilik - Görüntülü söhbət zamanı film izləmək mümkün oldu

İnstaqram sosial şəbəkəsi tərəfindən bloq yazısı vasitəsilə bir müddət öncə təqdim edilən yeniliklər istifadəçilərin ixtiyarına verilib.
Feedline.Net ted.az-a istinadən bildirir ki, yeniliklərdən biri də  Watch Together, yəni birlikdə izləmə ilə bağlıdır. Funksiya vasitəsilə izləyicilərlə görüntülü söhbət üzərindən eyni anda IGTV, Reels, film və trend videoları izləmək mümkündür.
Bunun üçün İnstaqram, Messenger yaxud Messenger Roomsda görüntülü söhbətə başlamaq, daha sonra görüntünün sağ aşağı küncündəki media ikonuna daxil olmaq lazımdır. Buradakı variantlardan birini seçərək izləmək mümkündür.
Feedline.Net

TEQ: İnstaqramda yenilik Görüntülü söhbət zamanı film izləmək mümkün oldu


21 Nov 2020 23:04   |    183

Mənbə: news.milli.az



Sənə gələn yaxşılıq Allah-dandır, sənin başına gələn bəla isə sənin özündəndir. Biz səni insanlara elçi göndərdik. Şahid olaraq Allah kifayət edər.Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik. (Nisa Surə-4,ayə- 79-80)



Şərhlər

Digər Maraqlı xəbərləri