Youtube-da yeni reklam formatı istifadəyə veriləcək

Youtube videoservisindəki reklam elanları artıq hamıya məlumdur. Təbii ki, istifadəçi öz istəyinə uyğun olaraq reklam elanlarından yan keçə bilər. Lakin Google şirkəti belə bir ehtimal üçün də hazır ssenari fikirləşib. Şirkətin verdiyi məlumata əsasən hətta ekrana baxmayan istifadəçini də əhatə edəcək yeni reklam formatının Youtube-da aktiv testinə artıq start verilib. Bu barədə Engadget saytı xəbər verib. Google şirkətinin rəsmi bloqunda yenilənmiş reklam elanları standartı barəsində məlumat təqdim olunub. Yeni reklam standartında əsas diqqət reklamın səsinə ayrılır.
Şirkət bildirib ki, bu cür kontentin dinlənilməsi zamanı istifadəçi səs vasitəsilə təsvir olunan məhsulu və ya hansısa xidməti hətta gözləri qapalı şəkildə canlandıra biləcək. Güman olunur ki, bu cür reklam elanlarının xronometrajı 15 saniyə təşkil edəcək, hərəkətsiz foto və ya sadə animasiyaya sahib olacaq. Youtube təmsilçiləri bildiriblər ki, audio elanlar auditoriyanın əhatə dairəsini genişləndirəcək. Artıq bir neçə ay ərzində aparılan ilkin test nəticələrinə əsasən bu cür yeni reklam standartı sayəsində Youtube-da yoxlanışdan keçmiş reklam kampaniyalarının 75%-i brendlərin məşhurluğunu qaldırıb.
Feedline.Net


TEQ: Youtubeda yeni reklam formatı istifadəyə veriləcək


21 Nov 2020 22:33   |    128

Mənbə: news.milli.az



Sizə bir uğur nəsib olsa, (bu) onları kədərləndirər. Sizə bir fəlakət üz verdikdə isə, buna fərəhlənərlər. Əgər səbr etsəniz və (Allahdan) qorxsanız, onların qurduğu hiylə sizi ziyana sala bilməz. Həqiqətən, Allah onların nə etdiklərini əhatə edir.  (Ali İmran Surə-3,ayə- 120)



Şərhlər

Digər Maraqlı xəbərləri