“Google”un universal messenceri faydalı funksiya əldə edəcək

"Google" şirkəti ənənəvi SMS göndərmə vasitəsini əvəz edən "Messages" tətbiqi üçün böyük yeniləmə elan edib. Messencerdə yazışmaların məxfiliyinin təmin edilməsi üçün "end-to-end encryption" şifrləmə funksiyası tətbiq ediləcək.
Feedline.Net ictnews.az-a istinadən bildirir ki, "Google"un rəsmi bloqundakı məlumata əsasən, indi mesajlarla mübadilə üçün RCS protokolunun dəstəyi bütün dünyada əlçatandır - hərçənd Rusiya, Çin və bəzi digər ölkələrdə xidmət hələ ki aktiv deyil. Şirkət, həmçinin "Android" sisteminin idarəetməsi altında işləyən bütün uyğun qurğular üçün şifrləmə funksiyasının beta sınaqlarına başlanılmasını elan edib. Qeydiyyat prosedurundan keçmiş istənilən şəxs sınaqda iştirak edə bilər.
Feedline.Net


TEQ: Googleun universal messenceri faydalı funksiya əldə edəcək


21 Nov 2020 22:31   |    126

Mənbə: news.milli.az



(Malınızdan) Allah yolunda xərcləyin və öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir. ( Bəqərə  surə-2, ayə - 195 )



Şərhlər

Digər Maraqlı xəbərləri