Parisdə etiraz aksiyası keçirilir

Fransanın paytaxtı Parisdə vətəndaşlar “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı etiraz aksiyası keçirir.

“RİA Novosti” agentliyi xəbər verir ki, nümayiş jurnalist həmkarlar ittifaqlarının çağırışı ilə keçirilir.

Qeyd edək ki, “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə əsasən, əməliyyat zamanı polis və ya jandarma nümayəndəsinin kimliyini müəyyənləşdirilməyə kömək edəcək üz və ya bədənin digər hissələrinin şəklinin yayılması qarşılığında cərimə, yaxud bir il müddətinə həbs cəzası nəzərdə tutulur.

Jurnalistlərin həmkarlar ittifaqları və hüquq müdafiəçiləri isə bu müddəanın jurnalistlərin və sadə vətəndaşların polis məmurlarını lentə almasını və polis zorakılığını qeydə almalarını mümkünsüz edəcəyini düşünür.


TEQ: Parisdə etiraz aksiyası keçirilir


21 Nov 2020 22:06   |    151

Mənbə: oxu.az



Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcə-yəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən (qurban) qəbul edər!  (Maidə Surə-5,ayə- 27)



Şərhlər

Digər Dünya xəbərləri