Türkiyədə koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusa (COVİD-19) rekord sayda - 5 532 yoluxma qeydə alınıb.
Feedline.Net Trend-ə istinadən bildirir ki,  bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 440 805 nəfərə çatıb.
Onun sözlərinə görə, ötən sutka ərzində 135 nəfər koronavirusdan ölüb, ölənlərin ümumi sayı 12 219 nəfər təşkil edir.
Nazir əlavə edib ki, koronavirusdan 3 233 nəfər sağalıb, sağalanların ümumi sayı 370 825 nəfərə çatıb.
Feedline.Net

TEQ: Türkiyədə koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb


21 Nov 2020 22:05   |    110

Mənbə: news.milli.az



Allah, Ondan başqa ilah yoxdur, (əbədi) Yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. (Bəqərə Surə-2,ayə-255)



Şərhlər

Digər Dünya xəbərləri