General Motors 2025-ci ilədək ən azı 30 elektrikli nəqliyyat vasitəsi istehsal edəcək

Hummer, Cadillac ve Chevrolet kimi modelləri ilə tanınan General Motors avtomobil şirkəti tərəfindən 2025-ci ilə qədər elektrikli avtomobil bazarında möhkəmlənmək istədiyi açıqlanıb. Şirkət yaxın 5 ildə 30 elektrikli avtomobil modelini satışa təqdim edəcək.
Feedline.Net ted.az-a istinadən bildirir ki, General Motors ötən günlərdə  elektrik mühərrikləri və avtonom sürücülük sahəsindəki investisiyalarını 2025-ci ilin sonuna qədər 20 milyard dollardan 27 milyard dollara qədər artırdığını açıqlayıb.
Şirkət GMC, Hummer EV, Cadillac Lyriq ve Chevrolet kimi pikapları və Chevy kimi kompakt krossover avtomobilləri üçün elektrikli model alternativləri üzərində işləyir.
GM mövcud maliyyəni azaltmağı da hədəfləyir. Şirkət elektrikli avtomobillərdə ən bahalı texnologiya olan batareyalar üçün həll yolları tapmağı düşünür. Cari batareya xərclərinin yarısı miqdarında istehsal edilə bilən ikinci nəsil Ultium batareya prototipləri üzərində işləyən şirkət, bu batareyaları daha uzunmüddətli investisiyalar üçün qiymətləndirir. Çünki bu batareyaların 2025-ci ilə qədər hazır olmayacağı proqnozlaşdırılır.
Feedline.Net

TEQ: General Motors 2025ci ilədək ən azı 30 elektrikli nəqliyyat vasitəsi istehsal edəcək


21 Nov 2020 22:04   |    131

Mənbə: news.milli.az



" Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada (atəş içində) əbədi qalacaqlar. "  (Bəqərə Surə-2 ,ayə-39)



Şərhlər

Digər Maraqlı xəbərləri