“Mozilla Firefox” brauzerində “HTTPS-Only Mode” rejimi istifadəyə verilib

"Mozilla" şirkəti tezliklə 83-cü versiyayadək yenilənəcək "Firefox" internet brauzerinin təhlükəsizlik səviyyəsini təkmilləşdirib.
Feedline.Net ictnews.az-a istinadən bildirir ki, "Firefox 83" brauzeri "Firefox 82" ilə müqayisədə operativ yaddaş tutumunu 8 faiz az sərf etməyə və səhifələri 15 faiz tez yükləməyə başlayıb. "Mozilla" buna "JavaScript" proqramlaşdırma dili dəstəyini optimallaşdırmaqla brauzerə bir neçə yenilik əlavə edərək nail olub.
Bundan başqa, "Mozilla Firefox 83" brauzerinin yeni versiyası "HTTPS-Only Mode" adlı təhlükəsizlik funksiyası ilə təchiz ediləcək. Bu rejimdə təhlükəli saytlar açılmayacaq.
Funksiyanı "Firefox Options" səhifəsinin "Privacy & Security" bölməsində aktivləşdirmək mümkündür. Brauzer "HTTPS-Only Mode" rejimində istifadəçi "HTTP" linkinə keçmək istəyəndə də istənilən saytın "HTTPS" versiyasını tapmağa çalışacaq. Bu mümkün olmadıqda, proqram təhlükə barədə xəbərdarlıq edəcək.
Feedline.Net

TEQ: Mozilla Firefox brauzerində HTTPSOnly Mode rejimi istifadəyə verilib


21 Nov 2020 22:02   |    91

Mənbə: news.milli.az



Ey Rəbbimiz! Biz sənin nazil etdiyinə iman gətirdik və (gön-dərdiyin) elçinin ardınca getdik. Bizi də şahidlərlə bir yerdə yaz!”Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır. (Ali İmran Surə-3,ayə- 53-54)



Şərhlər

Digər Maraqlı xəbərləri